Bakıda həkimi şantaj edən baş redaktor həbs edildi - RƏSMİ
Gündəm
12 İyul 2021 18:04

“www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub. Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 000 manat məbləğində pul tələb edərək alıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Emin
Oxunub : 1310
DİGƏR XƏBƏRLƏR
18 Mart 2026 00:00
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
17 Mart 2026 21:45
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
17 Mart 2026 20:15
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
17 Mart 2026 18:00
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
17 Mart 2026 17:48
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
17 Mart 2026 14:41
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
17 Mart 2026 14:36
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
17 Mart 2026 13:48
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
17 Mart 2026 00:00
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
16 Mart 2026 21:00
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
16 Mart 2026 20:51
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
16 Mart 2026 19:39
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
ŞƏRH YAZ










