Bakıda həkimin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 2-nə təyin edilib. Qeyd edək ki, hadisə 2015-ci ilin dekabrın 28-də Bakıda baş verib. İ. Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Babək Həsənovu vurub. B. Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən İ. Əliyev barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Hadisə nəticəsində dünyasını dəyişən B. Həsənov Bakıda yerləşən klinikaların birində diş həkimi işləyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












