Bakıda hərəkətin məhdudlaşdırılacağı mərkəzi küçələr müəyyənləşdirilib

"Qanlı yanvar" faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Bakının mərkəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtosfer.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. "20 Yanvar tədbirinin keçirilməsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanvarın 20-də saat 08:00-dan tədbir tam başa çatanadək Bakının Parlament prospekti, Şəhidlər Xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək", - deyə V.Əsədov əlavə edib. Onun sözlərinə görə, Şəhidlər Xiyabanı istiqamətində Abbasqulu Abbaszadə, İzzət Nəbiyev, Mikayıl Müşfiq, Hüseyn Cavid və Mehdi Hüseyn küçəsindən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












