Bakıda içi sərnişin dolu avtobus yanıb kül oldu - FOTOLAR

Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib. Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə Nobel prospektində qeydə alınıb. Zığ şosesi istiqamətində hərəkətdə olan 10 TE 797 dövlət qeydiyyat nişanlı MAN markalı avtobusun təkər hissəsində qəfil alışma baş verib. Qatı tüstü 21 nömrəli marşrut avtobusun salonuna daxil olduqdan sonra sürücü sərnişinləri avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb.
Qeyd edək ki, bu, 21 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarda baş verən ilk yanğın hadisəsi deyil. Analoji hadisə bu il fevralında "Xətai" metro stansiyası qarşısında baş verib. O zaman da hərəkətdə olan MAN markalı sərnişin avtobusunun təkər hissəsi yanıb. Yanğının ilkin ekspertizası ilə bağlı verilən rəydə qeyd olunub ki, sözügedən avtobus texniki yoxlanışdan keçməyib və nasaz şəkildə idarə olunub.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO












