Bakıda iki ay əvvəl təmir olunmuş küçələri bu hala saldılar - FOTO

Bakıda 2-3 ay əvvəl təmir olunmuş yolların ətrafı bərbad hala salınıb. Avtosfer.az xəbər verir ki, “Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri iki ay əvvəl başa çatmışdı. Uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra tam yeni görkəmdə sürücülərin ixtiyarına verilmişdi. Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənmiş, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanmışdı. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülmüşdü. Lakin bu gün həmin yoldakı səki daşları sanki dəyişdirilməyibmiş kimi bir vəziyyətdədir.
Digər acınacaqlı vəziyyət isə Nizami rayonu Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindədir.
“Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli səki daşlarının dağıdıldığını deyib. Onun məsələyə münasibəti belə olub: “İki ay bundan öncə təmir edilmiş Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi... Səki daşları dağıdılıb... Bunu edənlərə indi nə ad verəsən?.
Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlər büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətədaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddı ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar. Hələ mən bunun digər tərəflərini demirəm...
Səki daşlarının kimlər tərəfindən və niyə dağıdıldığı məlum deyil. Bunun ərazidə ticarət və iaşə obyektləri olan sahibkarların öz avtomobillərini rahat saxlamaq üçün etdikləri güman olunur.
Elmin
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
















