Bakıda iki qız körpüdə intihara cəhd edib - FOTO

Paytaxtda iki qız özlərini “Qaqarin körpüsü”ndən atacaqları ilə hədələyib. Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər. Şahidlərin sözlərinə görə, qızlarla aparılan danışıqlardan sonra onları intihar fikrindən daşındırmaq mümkün olub. Bildirilir ki, hadisə yerinə xeyli sayda polis və FHN əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları məlumatı təsdiq etməyiblər və hadisə ilə bağlı hər hansı şərh verməkdən də imtina ediblər.
***
Bakıda intihar hadisəsinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 00:47-də başa çatıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı















