Banner

Bakıda iki sürücü mopedi mühasirəyə aldı - Həyatı təhlükədə idi... - VİDEO

Gündəm 16 Noyabr 2021 14:10 Oxunub 4914
Bakıda iki sürücü mopedi mühasirəyə aldı - Həyatı təhlükədə idi... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda iki sürücünün təqdirəlayiq hərəkətini oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Məlum olduğu kimi bu gün paytaxt ərazisində güclü külək müşahidə edilir. Bu səbəbdən Heydər Əliyev prospektində hərəkət edən 99-HY-058 qeydiyyat nişanlı "Mercedes" markalı və 10-GY-462 qeydiyyat nişanlı "Ford" markalı avtomobillərin sürücüsü köməksiz vəziyyətdə qalan moped sürücüsünün yanı ilə hərəkət edərək onu küləkdən qoruyub. 

Avtosfer.az-ın məlumatına görə mopedin çəkisi yüngül olduğu üçün küləkli havada aşma ehtimalı böyük olur. 
Ona görə də moped sürücülərinə tövsiyə edirik ki, küləkli havada mümkün qədər yollara çıxmasınlar, məcbur qaldıqları halda isə asta sürətlə, ehtiyatlı şəkildə hərəkət etsinlər.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh