Bakıda ilk dəfə Formula 1 üzrə Avropa Qran Prisi start götürəcək - Sabah

İyunun 17-də Bakıda ilk dəfə Formula 1 üzrə Avropa Qran Prisinə start veriləcək. Avtosfer.az "report"a istinadən xəbər verir ki, Avropa Qran Prisi builki Formula 1 təqvimində 21 yarış arasında 8-cisidir.
Paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran Pridə avtomobillər Hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu - Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.
Proqrama əsasən, sabah pilotlar yarış məkanını praktiki sınaqdan çıxaracaqlar. İyunun 18-də saat 17:00-da təsnifat yarışı olacaq. İyunun 19-da eyni saatda isə Avropa Qran Prisinin əsas yarışı baş tutacaq.
Qeyd edək ki, Bakıdakı Avropa Qran Prisi ən sürətli yarış kimi tarixə düşə bilər. Bu, Azneft dairəsindən Hökumət evi istiqamətində olan 2,1 km-lik hissədə pilotlardan birinin sürəti 340 km/saata yüksəldəcəyi halda baş verəcək. İlk 7 Qran Pridən sonra almaniyalı Niko Rosberq ("Mercedes") pilotların mübarizəsində 116 xalla liderdir. Onu 107 xalla böyük britaniyalı komanda yoldaşı Lüis Hemilton və 78 xalla daha bir almaniyalı Sebastyan Fettel ("Ferrari") izləyir. Avtomobillərin sıralamasında isə "Mercedes" 223 xalla 1-ci, "Ferrari" 147 xalla 2-ci, "Red Bull" isə 130 xalla 3-cüdür.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










