Bakıda insanların narazılığına səbəb olan profilaktoriya ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Nərimanov rayon sakinlərinin şikayəti aidiyəti üzrə nəzarətə götürülüb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sakinlərin müraciəti nəzarətə götürülüb, araşdırmalardan sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.
11:40
Nərimanov rayonunun mərkəzində, yaşayış binalarının yanında fəaliyyət göstərən profilaktoriya sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 218 ünvanında yaşayan sakin məlumat verib.
Sakin iddia edir ki, sözügedən ünvanda yaşayış binalarının həyətində fəaliyyət göstərən avtoprofilaktoriya gecə saatlarına qədər işləyir və səs sakinləri narahat edir:
“Bundan öncə ərazidə taksi şirkətlərindən birinin qarajı yerləşirdi. Daha sonra avtoprofilaktoriya etdilər. Ərazidə maşın əlindən tərpənmək olmur, uşaqlar binanın qarşısında oynaya bilmir. Səs-küy insanları istər gündüz, istərsə də gecə narahat edir. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına da məlumat vermişik. Lakin hələ də gecə saatlarına qədər səs-küy davam edir”.
Vətəndaşın şikayətini əks etdirən videogörüntünü təqdim edirik:
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










