Bakıda intim videoları ilə şantaj edildiyi üçün intihar edən qızla bağlı RƏSMİ AÇIQLAMA
Gündəm
29 Noyabr 2021 17:11

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, noyabrın 27-si saat 15:00 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş. Məlumata görə, “18+” kateqoriyasından olan videolar sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.
Oxunub : 6220
DİGƏR XƏBƏRLƏR
15 Mart 2026 00:00
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
14 Mart 2026 23:52
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
14 Mart 2026 23:51
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
14 Mart 2026 23:15
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
14 Mart 2026 21:12
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
14 Mart 2026 19:00
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
14 Mart 2026 18:12
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
14 Mart 2026 00:00
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
13 Mart 2026 23:51
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
13 Mart 2026 21:09
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
13 Mart 2026 19:33
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
13 Mart 2026 19:30
Yer kürəsində maqnit qasırğası başlayıb
ŞƏRH YAZ










