Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında E.Nəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.
Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












