Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin vəkili məhkəməyə sənəd təqdim edib. O bildirib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisini təhqir edib: "Buna görə də müvəkkilimin səhhətində problem yarandı və xəstəxanaya aparıldı".
Hakim bildirib ki, bununla bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək.
Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.
İttiham aktına əsasən, hadisə bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.
Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










