Bakıda iş başında yaxalanan oğru polisə bıçaq çəkdi – FOTO+VİDEO

Bakının Zabrat şosesində yerləşən mağazaya gecə saat 04:34-də oğurluq məqsədilə girmək istəyən şəxsin istəyi baş tutmayıb. Çünki bu zaman mühafizə polisinin mərkəzi pultuna həyəcan siqnalı daxil olub.
Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, 3 dəqiqə sonra mühafizə polisləri əraziyə gəliblər. Planı yarımçıq qalan oğru onları dükandan götürdüyü bıçaqla qarşılayıb. Daha sonra mağaza sahibi Emin Əsədov hadisə barədə məlumatlandırılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, dükanı qarət etmək istəyən eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşamış Masallı rayonu, Türkoba kənd sakini Elçin Xəlilovdur. O, yaxalanan zaman üzərindən danışıq kartları və mobil telefon aksessuarları aşkarlanıb.
Saxlanılan şəxs ərzaq dükanından əvvəl Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən mobil telefon mağazasını qarət edib. Lakin əməlləri bunlarla yekunlaşmayıb. Belə ki, Xəlilov həmin gecə daha iki dükan və bir avtoyuma məntəqəsindən oğurluq etdiyini etiraf edib.
Əməliyyatçılar Elçin Xəlilovun kirayə qaldığı evə baxış keçirərkən digər obyektlərdən oğurlanan əşyaların bir qismini aşkar edərək maddi sübut kimi götürüblər.
Aşkar olunan faktlarla əlaqədar Sabunçu Rayon Polis İdarəsində CM-nin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












