Bakıda isti günlərin sayı dekabrda azalıb, yanvarda isə çoxalıb

1961-1990-cı illə müqayisədə son 20 il ərzində Bakıda və Abşeron yarımadasında dekabr ayında isti günlərin sayı soyuq günlərdən az, yanvar ayında isti günlərin sayı çox, şaxtalı günlərin sayı az, fevral ayında isə şaxtalı və isti günlərin sayı bərabər olub. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Yanvar və fevralın qışın ən soyuq ayları kimi xarakterizə olunduğunu deyən G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında ötən ilin dekabr, bu ilin yanvar və fevral ayları nisbətən mülayim keçib. Bu il yanvar ayında bəzi günlərdə, xüsusilə də gecə saatlarında şaxtalı hava şəraiti müşahidə edilib. Fevral ayı nisbətən mülayim keçsə də, hava yağıntılı olub, aylıq normadan bir qədər çox yağış yağıb. G.Məmmədova qeyd edib ki, 2017-ci ilin dekabr ayında şaxtalı gün qeydə alınmayıb, 2018-ci ilin yanvar ayında gecə saatlarında qısamüddətli şaxtalı hava müşahidə edilib, fevral ayında da şaxtalı hava müşahidə edilməyib. Ümumilikdə götürdükdə isə, G.Məmmədova bildirib ki, son 20 il ərzində Bakıda və Abşeron yarınmadasında ən isti dekabr ayı 2010-cu ildə, ən soyuq dekabr ayı 2002-ci ildə, ən isti yanvar ayı 2004-cü ildə, ən soyuq yanvar ayı 2008-ci ildə, ən isti fevral ayı 2002-ci ildə, ən soyuq fevral ayı 2012-ci ildə (həmin ildə minimal rekord təzələnib) qeydə alınıb.
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO










