Bakıda itirilmiş 5400 manatlıq noutbukun sahibi tapıldı - FOTO

Bir neçə gün öncə “BakuBus”a məxsus Hava Limanı ekspress xətti üzrə hərəkət edən avtobusda xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro notbukunun unudulduğu barədə məlumat vermişdik. Avtosfer.az xəbər verir ki, həmin notbukun tapılması üçün “BakuBus” tərəfindən istehsalçı şirkətə müraciət olundu. Notbukun sahibinin mail adresi əldə olunaraq onunla əlaqə saxlanıldı. Məlum oldu ki, notbukun sahibi olan şəxs Ukrayna vətəndaşıdır. Əşya sahibinin nümayəndəsi tələb olunan zəruri məlumatlar və sənədlərlə bu gün “BakuBus” MMC-in inzibati binasına yaxınlaşaraq notbuku təhvil alıb. Qeyd edək ki, hər zaman sərnişin məmnuniyyəti qazanmağı prioritet məsələ kimi qarşısına məqsəd qoyan “BakuBus” itmiş əşyalara qarşı xüsusi həssaslıqla yanaşır və onların sahiblərinin aşkarlanması üçün mümkün vasitələrə əl atır. Həmçinin avtobuslarda itirilmiş əşyaları sahiblərinə təqdim etməklə bu yöndə maarifləndirmə işləri aparır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












