Bakıda jurnalistin avtomobilindən oğurulq edildi - VİDEO

Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb. Zərərçəkənin “Report”a verdiyi məlumata görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb. Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.
Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.
Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












