Bakıda kafe və saunalarda müştəriləri soyurmuşlar - Polis hərəkətə keçdi

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları sosial şəbəkələrdə müştərilərə əxlaqsız təkliflər edərək onları sauna və kafelərə dəvət edən və həmin obyektlərdə hədə-qorxu gələrək pul və qiymətli əşyalarını tələb edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib. Avtosfer.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi və Səbail rayonlarında yerləşən “Malibu”, "Night”, Xətai rayonu Babək prospektində və Binəqədi rayonunda yerləşən bu tipli obyektlərdə keçirilən əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin obyektlərdə olan qadınlar sosial şəbəkələrdə qeydiyyatdan keçərək kişilərlə tanış olub və onları əxlaqsız təkliflərlə oturduqları məkanlara dəvət ediblər. Ora gələn müştərilərə isə müxtəlif spirtli və ya spirtsiz içkilər baha qiymətə satılıb (bir stəkanı 120-300 manata). Hesabdan narazı olan müştərilər isə obyektdəki şəxslər tərəfindən hədələnib, onların pul və qiymətli əşyaları ələ keçirilib.
Faktla bağlı saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












