Bakıda kanalizasiya xətti çəkilib, lakin küçələr ... - VİDEO

Zabrat-2 qəsəbəsində 2 ildir kanalizasiya xətti çəkilsə də, küçələr addım atıb yeriyəsi deyil…
Küçəni, həyətləri, evlərin zirzəmisini su basıb...
Avtosfer.az xəbər verir ki, görüntülər Sabunçu rayonu Zabrat qəsəbəsi Murad Mirzəyev döngə 1 ünvanındandır. Ərazidə yüzlərlə ev var. Sakinlər illərdir bu problemlə üz-üzə olduqlarını deyirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Murad Mirzəyev döngə 1 ünvanında mərkəzləşmiş kanalizasiya şəbəkəsi yoxdur. Mövcud kanalizasiya xətti əhali tərəfindən pərakəndə üsulla çəkilib. Mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud olmadığına görə sakinlərə xidmət göstərmək də mümkünsüzdür və onlardan kanalizasya xidməti üçün ödəniş alınmır. Qurumdan o da qeyd edildi ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, sözügedən yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılacaq.
Ətraflı videomaterialda.
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










