"Bakıda keçiriləcək beynəlxalq yarışlarda üç müəssisədə lazımi tibbi xidmət göstəriləcək" - Elsevər Ağayev

"Bakıda keçiriləcək “Formula -1” yarışı və 17 yaşlı gənclər arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar müəyyən səhiyyə müəssisələri hazır vəziyyətə gətirilib, lazımi avadanlıqlar, dərman preparatları ilə təchiz edilib".
Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Elsevər Ağayev apa-ya deyib ki, beynəlxalq tədbirlərdə 3 tibb müəssisəsində - Klinik Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi xidmət göstəriləcək. Beynəlxalq oyunlar üçün Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi hazır vəziyyətə gətirilib: “Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun klinikasının nəzdində fəaliyyət göstərən yanıq mərkəzi hər zaman xəstələri qəbul etməyə hazır vəziyyətdə olur. Ancaq beynəlxalq yarışlar zamanı lazımi tibbi xidmətin göstərilməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərin təlimə göndərilib. Tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alınaraq, təcili tibbi yardım briqadaları da müəyyən kurslardan, təlimlərdən keçiblər”.
Nazir müavini əlavə edib ki, beynəlxalq tədbirlərin keçirilməsində səhiyyənin müəyyən təcrübəsi var.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












