Bakıda keçiriləcək "Formula 1"-in biletləri bahalaşdı?

Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-Prisinə xarici ölkələrdən böyük maraq göstərilir. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, həm ölkə daxilindən, həm də ölkə xaricindən yarışa böyük maraq var. Yarışı izləmək üçün biletlər daha çox Rusiyadan, Avropadan alınır.
Onun sözlərinə görə, yarışla əlaqədar Bakıya çoxlu sayda turistlərin gəlməsi gözlənilir. Artıq hotellərin bir çoxunda Qran-Pri dövrü üçün yer yoxdur.
Manatın devalvasiyasından sonra biletlərin qiymətlərində artım olub-olmamasına gəlincə, N.Arpadarai bildirib ki, biletlərin qiyməti əvvəl hansı məbləğdə elan olunmuşdusa, həmin məbləğdə də qalır: "Biletlərin qiyməti ilə bağlı heç bir artım olmayıb. Qiymətlər necə elan olunmuşdusa, elə də qalıb. Sadəcə olaraq, Azərbaycan vətəndaşları üçün biletlərin qiymətləri 20-40 faiz arası endirimlə olacaq. Bu da o deməkdir ki, xarici ölkədən bilet almaq üçün sayta daxil olanda başqa qiymətlər görünür, Azərbaycandan daxil olanda isə daha ucuz qiymətlər görünür. Buna görə qiymətlərdə fərq var. Əslində isə heç bir dəyişiklik olmayıb, əvvəlcədən necə planlaşdırılmışdısa, biletlər o qiymətə də satılır".
Yarışla əlaqədar Bakının bəzi yerlərində qənbər daşlar olan hissələrdə asfalt örtüyünün salınmasına toxunan N.Arpadarai deyib ki, yarışdan dərhal sonra asfalt örtüyü çıxarılacaq, yolun əvvəlki vəziyyəti bərpa olunacaq.
O əlavə edib ki, yarışa hazırlıq işləri plana uyğun davam edir.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












