Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO

Paytaxtda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında inkişaf etmiş ölkələrin insan yönümlü şəhər konsepsiyası nümunə kimi digər ölkələrə təqdim olunub.
Müzakirələr zamanı bir sıra şirkətlərin nümayəndələri özlərinin yeni layihələrini təklif edib.

Cənubi Afrikadan gələn və “Fixed Africa” təşkilatında çalışan Barbara Holtman Avtosfer.az-a müsahibəsində bildirib ki, Bakı onun üçün gözlənilməz dərəcədə müsbət təəssürat yaradıb. Şəhər həm gözəlliyi, həm də inkişaf etmiş urban mühiti ilə diqqət çəkir.
Barbara səfər çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərlə görüşdüklərini və xüsusilə şəhər təhlükəsizliyi (urban safety) istiqamətində geniş fikir mübadiləsi apardıqlarını qeyd edib. Qonaq bildirib ki, bu görüşlər onların iş sahəsi baxımından çox faydalı olub və yeni yanaşmaların formalaşmasına töhfə verib.
O, ümumilikdə Bakıda keçirdiyi vaxtı çox məhsuldar və uğurlu səfər kimi qiymətləndirib. Qonağın sözlərinə görə, burada aparılan müzakirələr və qurulan peşəkar əlaqələr gələcək əməkdaşlıqlar üçün mühüm imkanlar yaradır.
Eltac Zülfüqaroğlu
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












