Bakıda keçmiş məmuru güllələyən şəxslər tutuldular

Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və Günel Rasim qızı Süleymanova saxlanılıblar. Polisdən bildirilib ki, saxlanılanlardan R. Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub.
Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.
Qeyd edək ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.
Güllə yarası alan H.Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












