Bakıda klassik maşınların yürüşü keçiriləcək

Avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisi təşkil ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Federasiyası (AAF) məlumat yayıb. Federasiya 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahiblərini tədbirdə iştiraka dəvət edib. Qurumdan bildiriblər ki, klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək. İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün (012) 505-60-03 və ya (050) 295-01-00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












