Bakıda körpüdən “şəlalə” axdı - VİDEO

Oktyabrın 17-dən yağan aramsız yağışlar özü ilə bir sıra problemləri də gətirir. Belə ki, paytaxtın Heydər Əliyev prospektindəki Bağırov körpüsünün istinad divarından gələn yağış sularının videogörüntüsü bu gün kifayət qədər müzakirə olunub. İstinad divarının daxilindən tunelə gələn su körpünün dağılma təhlükəsindən xəbər verirmi? Qaynarinfo.az-a açıqlama verən "Azəryol Servis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, araşdırmalar aparılır, hazırda heç bir təhlükə yoxdur: "Fövqəladə Hallar Nazirliyi ilə birlikdə mütəxəssislər tərəfindən ərazidə texniki baxış keçirilib. İstinad divarından gələn suyun mənbəyi araşdırılır. Amma heç bir təhlükə yoxdur. Təhlükə olsa idi, aidiyyatı orqanlar tərəfindən prospekt bağlanardı. Bu prospekt kifayət qədər işlək yoldur və nəqliyyat vasitələrinin ən sıx istifadə etdiyi tuneldir. Hər hansı təhlükə ehtimalı olsa idi, yol bağlanardı. Hazırda araşdırma aparılır".
Videonu təqdim edirik:
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













