Bakıda kriminal “avtoritet”in meyiti tapıldı – FOTO

Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub. Avtosfer.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.
Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. Fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə “05 uqolovnıy kodeks” döyməsi var.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən də onun kimliyi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq, Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.
Hazırda meyiti tapılan şəxsin kimliyinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən gün paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












