Bakıda küçə itini yandırmaq istədilər: ortalıq qarışdı - FOTO

Sabunçu rayonu Balaxanı qəsəbəsində insanlığa sığmayan bir addım atılıb. Avtosfer.az xəbər verir ki, bu barədə qaynarinfo.az-a daxil olan məlumata görə, Balaxanı sakini küçə itinin üstünə benzin tökərək yandırmaq istəyib. Digər sakinlərin bu cəhdin qarşısını alması nəticəsində itin həyatını xilas etmək mümkün olub. Daha sonra iti yandırmağa cəhd göstərən şəxs acığa düşərək sakinlərin yanında Balaxanı bələdiyyəsinə zəng edib və qəsəbə ərazisində yaşayan itlərin məhv edilməsini tələb edib.
Qeyd edək ki, həmin sakinin əlaqə saxladığı bələdiyyə işçisi bu şəxsin yaxın qohumudur. Bələdiyyə işçisi olan Arazxanım adlı məsul şəxs sakinin istəyinə müsbət cavab verərək yaxın günlərdə itlərin bələdiyyə orqanı tərəfindən məhv ediləcəyini bildirib. Bundan sonra, sakinlər Balaxanı bələdiyyəsinə zəng edərək Arazxanım adlı həmin bələdiyyə işçisinə etirazlarını bildiriblər. O isə cavabında sakinlərə ərazidə yaşayan itləri məhv edəcəklərini və heç kimin bunun qarşısını ala bilməyəcəyini bildirib.
Balaxanı qəsəbəsi sakinləri bildiriblər ki, bununla əlaqədar sabah saat 10-da Sabunçu rayon İcra Hakimiyyəti qarşısında toplaşacaqlar. Qeyd edək ki, Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən konvensiyaya qoşulduqdan sonra itlərin öldürülməsi rəsmən dayandırılıb. Heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb. Lakin buna baxmayaraq, bu sahədə vəziyyət hələ də ürəkaçan səviyyədə deyil.

Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










