Bakıda küçə ticarətinə qarşı reydlər BAŞLADI

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti paytaxt ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlərə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, İslamiada ilə bağlı bəzi ticarətçilərə icazələrin verilməsi dayandırılıb: "İstisna hallarda bəzi parklarda, bağlarda, insanların hərəkətinə və rahatlığına maneçilik törətməyən ərazilərdə küçə ticarətinin satışına icazə verilir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxta xarici turistlərin gəlişinin çoxluğunu nəzərə alaraq, artıq həmin hallarda da ticarətə icazə verilməsi dayandırılıb. Bu məsələlərə Oyunlar başa çatandan sonra yenidən baxılacaq".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












