Bakıda küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO

Gündəm 11 Fevral 2022 10:09
Bakıda küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib.

Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metro stansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

“Qafqazinfo”

Oxunub : 1316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh