Bakıda küləkli hava şəraiti müşahidə olunacaq

"Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq". Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O xatırladıb ki, bir neçə gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunur: "Hazırda müşahidə olunan hava şəraitinin ayın sonunadək davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 42 dərəcəyədək yüksələcək".
G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında növbəti iki gün ərzində hava şəraiti yağmursuz keçəcək: "Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun isə 31-36 dərəcə arasında dəyişəcəyi gözlənilir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












