Bakıda kütləvi tikinti başlayır - Paytaxt yeni görkəmdə olacaq - VİDEO

Bakıda tikinti sıxlığı əmsalına tam riayət edilmir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi paytaxt ərazisindəki binaların qaydalara uyğun tikilib-tikilməməsinə münasibət bildirib. Ən önəmli məqam isə binaların sıxlığı ilə bağlıdır. Komitədən verilən məlumata görə 1 hektar ərazidə 3, ən çoxu isə hündürmərtəbəli yaşayış binasının yerləşdirilməsi tövsiyyə olunur. Əksər hallarda isə bu qaydaya əməl edilmir. Yəni, hündürmərtəbəli binalar nəzərdə tutulandan daha sıx tikilir. Bu isə tikilinin istismarının təhlükəsizliyi baxımından yolverilməzdir. Buna görə də tikinti sıxlığı əmsalına tam riayət edilməlidir.
Bəzən isə heç bir əsaslandırma olmadan, yerli icra hakimiyyətləri orqanlarının təşəbbüsü ilə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış planlaşdırma həllinə tam uyğun gəlməyən layihəqabağı mərhələ həyata keçirilir. Bu da məqsədəuyğun deyil. Çünki belə layihəqabağı mərhələlərdə zəruri informasiyanın 50%-i öz əksini tapır. İşin əsas həcmini isə bu binanın 3D-də olan təsviri təşkil edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən o da bildirilib ki, gələcək 5 ildə yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Vəsaitin dövlət büdcəsindən deyil, sahibkarlar tərəfindən investiesiya şəklində yatırılması planlaşdırılıb. Bununla əlaqədar indiyədək komitə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-inə razılıq verib. Nəticədə 350 yeni bina, söküləcək 4 min mənzilin əvəzinə isə 18 min mənzil inşa olunacaq. Artıq yeni yaşayış binalarının tikintisinə başlanılıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










