Bakıda “Land Cruiser” qaçıran şəxslər yaxalandı- FOTO

Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslərin saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis Bölməsinə (PB) Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığını bildirib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri - Rəfael Əzimov və Elxan Əkbərli saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar.
Qeyd edək ki, qaçırılan avtomobili idarə edən R.Əzimov bir müddət əvvəl analoji cinayət etdiyinə görə məsuliyyətə cəlb edilib. Onun əvvəlki cinayətinə hüquqi qiymət verilməsi üçün məhkəmə prosesinin davam etdirildiyi bir zamanda R.Əzimov yenidən avtomobil qaçırdığına görə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















