Bakıda Landau məktəbində DAVA: Polis araşdırmaya başladı - VİDEO
Gündəm
30 Sentyabr 2021 12:15
Oxunub 2894

Bakıda Landau məktəbinin həyətində mühafizəçilərlə valideynlər arasında dava düşüb. Avtosfer.az lent.az-a istinadən xəbər verir verir ki, bu barədə video sosial şəbəkədə yayılıb.
Məktəbdən bildirilib ki, artıq problem həll edilib.
Münaqişənin səbəbi barədə məlumat almaq üçün məktəbin direktoru Rüstəm Piriyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq bu barədə ictimaiyyətə məlumat veriləcək”.
***
“Landau School” dünən "Bayıl" korpusunun həyətində baş vermiş dava ilə bağlı açıqlama verib. Məktəbdən verilən məlumata görə, mübahisə valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib: “Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib. Məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn yaxud qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq etməlidir. Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirərək aparıb. Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib. Nəticədə məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranıb. Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Beləliklə, valideynlər münaqişə vəziyyəti yaradıblar və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıblar”.
Qeyd edilib ki, hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













