Bakıda "Lexus" piyadanın yolunu belə kəsdi – FOTO+VİDEO

Bakı yollarında nəqliyyat vasitələrinin dayanma, durma, parklama qaydalarını pozmasına hər gün, hər dəqiqə rast gəlmək olar. Görülən bütün cəza və maarifləndirici tədbirlərə baxmayaraq, bu problemi həll etmək mümkün olmur ki, olmur.
Bəziləri isə yol polisinin cəriməsinə tuş gəlməmək üçün çıxış yolunu avtomobillərini səkilərdə, piyada yolunun üstündə saxlamaqda görürlər. Bu zaman nəzərə almırlar ki, piyada həmin ərazidən keçmək üçün həyatını təhlükəyə atıb avtomobil yoluna çıxmalı olur.
Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan birinin milli.az-a göndərdiyi foto və video materialdan açıq-aydın görünür ki, Bakının Qələbə meydanı ərazisində "Lexus" markalı, "90 RP 252" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolda parklama qadağan olunduğu üçün avtomobili bütün səki boyu saxlayıb. Maraqlısı ondadır ki, sürücü avtomobili saxlayıb harasa getməyib. Elə içindəcə, sərnişini ilə oturub söhbət edir: "Bu maşının sürücüsü düz bir saata yaxın bizim yolumuzu kəsib özünə yer eləmişdi. Axı belə olmaz. Məgər piyadalar da onların yolu üzərində dursalar, yaxşı olar?!"
Qeyd edək ki, bu hal dayanma, durma, parklama qaydalarının pozulması kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, sürücü inzibati məsuliyyətə cəlb edilərək cərimə olunur.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










