Bakıda maşın oğruları saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Alı Mustafayev küçəsindən Ağsu rayon sakini Nizami Kərimliyə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Vəliyev saxlanılıb. Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












