Bakıda maşını oğurlandı

Avtosfer.az xəbər verir ki, bu barədə avtomobili oğurlanan Lənkəran rayon Aşağı Nüvədi kənd sakini Elvar Məlikov polis bölməsində axtarış tədbirlərinin lazimi qaydada aparılmadığı üçün “qafqazinfo”ya müraciət edib. Şikayətçi bildirib ki, etibarnamə ilə idarə etdiyi Bakı sakini Rafiq Səmədova məxsus Vaz 2106 markalı 10 HT 223 dövlət nömrə nişanli avtomobil fevral ayının 6-da Nəsimi rayonu 1-ci mikrorayon Tiflis prospekti küçəsi, ev 0066, mənzil 0011 ünvanından oğurlanıb.
E.Məlikov avtomobilinin oğurlanması barədə 102 xidmətinə müraciət etsə də, ona maşının kameralarda görüntülənmədiyi bildirilib: “Müraciətimdən sonra Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən mənə zəng gəldi. Bölmədə hadisəni olduğu kimi danışdım. Bakıya gəldikdən sonra maşınla bir neçə yerə getsəm də, mənə maşının şəhərinin kameralarında görüntülənmədiyi bildirildi. Sonra deyirlər ki, maşın binanın yaxınlığında olan bağçanın kamerasına düşüb”.
Şikayətçi axtarış tədbirlərini qənaətbəxş hesab etmir: “Maşınımın tapılması üçün tələb olunan axtarış tədbirləri lazimi qaydada aparılmır. Mənim idarə etdiyim maşın binanın qarşısından oğurlanır, ancaq əraziyə nəzarət etməli olan post-patrul xidmətinin əməkdaşları bunu görmür. Bizim mülkümüz, həyat və sağlamlığımız polis tərəfindən qorunmalıdır. Aidiyyatı orqanlardan məsələni nəzarətə götürülməsini xahiş edirəm”.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










