Bakıda maşınları əks istiqamətdə idarə edən sürücülər TƏHLÜKƏ SAÇIR - VİDEO

Xəzər rayonunun Binə qəsəbəsində avtomobilləri əks istiqamətdə idarə edən sürücülər təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə Pravda.az-a müraciət daxil olub.
Müraciətdə deyilir ki, xüsusən səhər saatlarında yolda yaranan tıxac səbəbindən əksər sürücülər əks istiqamətdə hərəkət edirlər.
Sürücülərin sözlərinə görə, yol hərəkətinin düzgün tənzimlənməməsi səbəbindən qəsəbə daxilində uzun tıxaclar yaranır.
Tıxaclara dözümsüzlük nümayiş etdirən bəzi sürücülər isə əks istiqamətli yola çıxaraq avtomobillərini idarə etməyə başlayırlar. Bu isə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini həm çətinləşdirir, həm də təhlükəyə səbəb olur.
Xüsusən, səhər saatlarında əks istiqamətdə hərəkət edən avtomobillər məktəbliləri daşıyan nəqliyyat vasitələridir. Buna görə də yol hərəkətini kobud şəkildə pozan sürücülər məktəblilərin də həyatını təhlükəyə atır.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










