Bakıda maşınları qarət edən keçmiş məhbus tutuldu

Bakıda avtomobilləri qarət edən Astara rayon sakini həbs edilib. Avtosfer.az xəbər verir ki, mayın 11-də DİN-in KTİ-in və Sabail rayon 8-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvəllər məhkum olunmuş 23 yaşlı Saleh Azad oğlu Əhədov həbs edilib. Araşdırma zamanı məlum olub ki, o, mayın 10-da Badamdar yolu küçəsi. ev 78-də yaşayan Elçin Həmid oğlu Ömərova məxsus “VAZ-2106” markalı 10-LM-692 dövlət nömrə nişanlı avtomaşından 1 ədəd akumlyator oğurlayıb. Martın 13-də Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 66-da yaşayan Fuad Abışova məxsus “VAZ -2107” markalı 90-KD-693 dövlət nömrə nişanlı avtomaşından oğurluq etməyə cəhd göstərən Saleh Əhədov bundan bir ay sonra isə Ağalar İsmayılova məxsus Y.Mürsəlov küçəsi, ev 92 Q-dən oğurluq edib.
Saleh Əhədovun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 30 gün müddətinə inzibati həbs tədbiri seçilərək DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə təhvil verilib.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












