Bakıda mədəniyyət abidələri nəzarətsiz qalıb: Bəzi heykəllərin yazıları dəyişdirilməlidir - FOTO

Yazarlar 27 Noyabr 2024 17:00 Oxunub 152
Bakıda mədəniyyət abidələri nəzarətsiz qalıb:  Bəzi heykəllərin yazıları dəyişdirilməlidir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət qurumlarının paytaxtın görünüşünə və nəqliyyat infrastrukturuna etinasız yanaşması hələ də davam edir.

2013-cü ildən bu günə qədər mediada dəfələrlə ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin adlarının Azərbaycan dilində yazılması ilə bağlı yazılar dərc olunub, reportajlar hazırlanıb. Bir neçə il əvvələ qədər yerli icra orqanları ilə birlikdə bu proses davam edirdi və bəzi heykəllərin üzərindəki  yazılar dəyişdirildi.

Avtosfer.az xəbər verir ki, Bakının bir sıra mərkəzi küçələrində yerləşən heykəllərin bəzilərinin üzərində ölkəmizin tarixinin önəmli şəxsiyyətlərinin adları hələ də Azərbaycan dilində yazılmayıb.

Belə ki, şəhərin Yasamal rayonunda yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəlinin üzərindəki yazı hələ də SSRİ dövründə istifadə edilən kiril əlifbasında qalmaqda davam edir. Ölkəmiz, paytaxt Bakı 5 gün əvvələ qədər beynəlxalq konfransa ev sahibliyi etdi. Yəqin ki, Mərkəzi Park ərazisindən keçən turistlər əzəmətli Füzuli heykəlini də görüblər.

İllər öncə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun, Mirzə Fətəli Axundov və digərlərinin heykəlləri üzərindəki yazı dəyişdirilsə də, şəhərin mərkəzində, üstəlik ətrafı geniş park ərazisi olan Füzulinin heykəlinə qarşı bu cür etinasızlıq narahatlıq doğuran məsələdir.

Dahi şəxsiyyətin heykəlinin vəziyyəti ilə bağlı fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Vətəndaşlar heykəlin üzərindəki kiril qrafikası ilə olan yazının Latın qrafikasına dəyişdirilməsini, eləcə də şəhərə gələn turistlər üçün mütəfəkkür barədə məlumatlandırıcı lövhənin yerləşədirilməsini aidiyyəti qurumlardan xahiş ediblər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh