Bakıda mənzillərdən silsilə oğurluqlar törədən şəxs tutulub - FOTO

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin mənzil oğurluğu cinayətlərinin üstünün açılması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanlı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 16,415 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq S.Zeynalovun əlindəki çantadan 2200 Avro, 246 manat, habelə 30 ədəd qapı açarı və 7 ədəd müxtəlif növ medal müəyyən olunaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman isə əlavə olaraq gizlətdiyi 2 kiloqram 250 qram heroin də aşkar olunub.
S.Zeynalov ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərindən aşkar olunan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.
Qeyd edilən faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















