Bakıda mənzillərin kirayə qiymətləri niyə artır? – İQTİSADÇI EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

İllərdir Azərbaycanda mənzil və fərdi evlərin kirayəsi ilə bağlı mediada minlərlə xəbər dərc olunur. Bu xəbərlərdə isə yalnız bazarda bahalaşmanın olması ilə bağlı məlumatların yer aldığının şahidi oluruq.
Avtosfer.az xəbər verir ki, Qarabağa edilən investisiya və köçə rəğmən Bakının kirayə mənzil bazarında qiymətlər durmadan yüksəlir. Artıq şəhərin mərkəzindən başqa ərazilərdə də qiymətlər orta əməkhaqqından bir çox hallarda sadəcə 200-300 manat fərqlənir. Bəs kirayə bazarındakı qiymətlərin enməməsinin səbəbləri nələrdir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda mənzillərin kirayəsi artmağa hələ də davam edəcək:

“Çünki Bakıya axın çoxdur. Bakıda sakin artımı ümumilikdə ölkə artımından 0.5 dəfə çoxdur. Kirayə qiymətləri ümumilikdə Bakıda mənzil və fərdi evlərin bahalaşmasından asılı hala gəlib. Eyni zamanda şəhər və ətrafındakı ərazilər də artıq boş torpaq sahələrinin də sayı azalıb. Mövcud torpaq sahələrinin qiyməti yuxarıdır. Şəhərsalma və memarlıq məsələlərində də tələblər sərtləşib, deyə bütün bunlar qiymətlərə təsir edir.”
Ekspert əlavə olaraq qeyd edib ki, əsas məsələ mənzilərin və fərdi evlərin qiymətinin artmasıdır:
“Evi baha əldə edən vətəndaş baha da kirayə verir. Belə halların, kirayə və mənzil satış bazarının dəyərə minməsinin və ucuzlaşmasının dövlətin maraqlarına heç bir təsiri yoxdur.”
Eltac Zülfüqaroğlu
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür










