Bakıda məşhur şadlıq sarayı küçənin bir hissəsini özəlləşdirib - VİDEO

Gündəm 23 Avqust 2024 19:35 Oxunub 224
Bakıda məşhur şadlıq sarayı küçənin bir hissəsini özəlləşdirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daha bir obyekt sahibi səkini zəbt etdi.

Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda yerləşən iri şadlıq saraylarından birinin qanunsuz hərəkətləri səbəbilə piyadaların hərəkəti məhdudlaşdırılıb.

 

Belə ki, Eldar Babayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yerləşən Yeganə şadlıq sarayı öz obyektini gözəlləşdirmək məqsədilə səkiyə kol tingləri düzüb. Buna görə də piyadalar vaxtaşırı yolun avtomobillər üçün nəzərdə tutulan hissəsi ilə hərəkət etməli olurlar. Bu da qəza təhlükəsi yaradir.

Sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub. İstifadəçilər bu cür halların adiyyəti qurumlar tərəfindən tezliklə aradan qaldırılmasını tələb edir.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh