Bakıda metro pulsuz olacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra “Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev azərtac-a bildirib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar yaradılmış koridor vasitəsilə stansiyaya yönələcəklər. Bu mərasimi izləməyə gələn tamaşaçılar üçün tətbiq edilən xüsusi proqramdır: “İnsanların rahatlığı üçün tətbiq edilən bu proqram həm də təhlükəsizlik baxımından əlverişlidir. Tamaşaçıların təhlükəsizliyi üçün koridora kənardan heç bir şəxs buraxılmayacaq. Stadiona daxil olarkən insanlar yoxlanıldığı üçün stansiyaya daxil olduqda təkrar yoxlamağa ehtiyac yaranmayacaq”, - deyə N.Paşayev vurğulayıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












