Bakıda metro qatarlarında "wi-fi"ın qurulması təklif olunur

Bakı metrosunun qatarlarında "wi-fi" şəbəkəsinin yaradılması təklif edilir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Caspian European Club"un Bakıda təşkil etdiyi nəqliyyat biznes-forumu çərçivəsində "Azərtelekom" MMC-nin biznesin inkişafı üzrə direktoru Səbinə Məmmədli bildirib. S.Məmmədlinin sözlərinə görə, şirkət bu layihə ilə bağlı Dövlət Radiotezlikləri İdarəsinə (DRTİ) müraciət edib: "Lakin problem ondan ibarətdir ki, Tarif Şurası 2002-ci ildən yeni texnologiyalar, habelə simsiz rabitə barədə tariflərində heç bir dəyişikliklər etməyib. Bu sahə ilə bağlı məlumat yoxdur. Bu layihəni də köhnə tariflərlə hesabladıqda o, uğurlu nəticə vermir". "Məsələ ilə bağlı DRTİ ilə müzakirələr də aparmışıq. Hazırda "Azertelekom" şirkəti Tarif Şurasının tariflərində hər hansı bir dəyişikliklər edib-etməyəcəyi ilə maraqlanır", - deyə S.Məmmədli qeyd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












