Bakıda metroda problem yarandı - Qatarlar tuneldə qaldı

Metronun Həzi Aslanov – İçərişəhər xəttində qatar tuneldə qalıb. “Koroğlu” stansiyasından “Ulduz” stansiyasına gedən qatar stansiyaya daxil olarkən dayanıb. Qatarın yarısı platformada, yarısı isə tuneldə qaldığı üçün qapılar açılmayıb və sərnişinlər də içəridə qalıb. Bu qatar dayandığı üçün arxadan gələn digər qatarlar da hərəkəti dayandırıb. Bəziləri tuneldə qalıb.
Nasazlığın səbəbi bilinmir.
***
Bakı metrosunda yaranmış problemin səbəbi məlum olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, saat 22:10 radələrində “Həzi Aslanov”- “İçərişəhər” xəttində 15 saylı marşrut üzrə hərəkət edən qatar “Ulduz” stansiyasına daxil olarkən 20-25 yaşlarında olan gənc oğlan özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Naməlum şəxsin meyiti qatarın altından çıxarılaraq hüquq-mühafizıə orqanlarına təhvil verilib. Qatarların hərəkətində 20 dəqiqə fasilə yaranıb.
Hazırda qatarların hərəkəti bərpa olub.
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO










