Bakıda metronun yaxınlığında kütləvi dava: 3 nəfər bıçaqlandı

Ötən axşam saat 20 radələrində Nizami rayonu ərazisində, "Koroğlu" metro stansiyasının yaxınlığında kütləvi dava qeydə alınıb. Avtosfer.az "salamnews"a istinadən xəbər verir ki, dava nəticəsində Gürcüstan vətəndaşı olan 3 nəfər yaxın qohum - 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğlu, 1995-ci il təvəllüdlü Mirzəliyev Səxavət Rizvan oğlu, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğlu bıçaqlanıb.
Yaralılar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilərək, dərhal əməliyyat otağına götürülüblər və əməliyyat olunublar. Həkimlərin verdiyi məlumata görə, Musa İsmayılovda qarnın ön divarının və sağ biləyinin kəsilmiş-deşilmiş yarası, İbrahim Məmmədovda qarnın çoxsaylı kəsilmiş-deşilmiş yaraları, Səxavət Mirzəliyevin isə sol əlində bıçaq xəsarətləri aşkar edilib. Sonuncuya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Yaralılardan iksi isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağır hesab olunur. Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib. Hadisənin təfərrüatı ilə bağlı zərəçəkmişlərin yaxınlarının verdiyi məlumata görə, hər iki şəxs 8-ci km qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin üzlükərinin dəyişdirilməsi işi ilə məşğul olurlar. Hadisə onlar işdən çıxandan sonra baş verib. M.İsmayılov və İ.Məmmədov "Koroğlu" metro stansiyasının yaxınlığındakı kafelərin birində yeyib-içdikdən sonra tanımadıqları şəxslərlə mübahisələ ediblər. Mübahisə zəminində bıçaqlanıblar. 25-ci polis bölməsindən fakt təsdiq edilib və bilidirilib ki, hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










