Bakıda metronun yaxınlığından uşaq tapıldı - Ailəsi axtarılır - VİDEO

Dünən axşam saatlarından uşaq sığınacağına metrodan tapılan bir uşaq gətirlib. 10 yaşlı İlkin evdə döyüldüyünü iddia edir. Buna görə də evdən qaçıb. Lakin sığınacaq evinin rəhbərliyi hələ də onun yaşadığı yeri, ailəsini tapa bilmir. Adının İlkin olduğunu deyən oğlan uşağı 15 sentyabr səhər saat 11 radələrində polis əməkdaşları tərəfindən Bakı metropoliteninin "20 Yanvar" stansiyasının platformasında aşkarlanıb. Uşaq elə həmin gün axşam satlarında sığınacağa yerləşdirilib. Uşaq sığınacağı reinteqrasiya mərkəzinin direktoru Kəmalə Ağazadə deyir ki, ilkin baxış keçirilərkən məlum olub ki, onda həm əqli gerilik var, həm də fiziki çatışmazlıq.
İlkinin özüylə həmsöhbət olmağa çalışdıq. Məlum oldu ki, onun evdən qaçmasına elə "valideynlər"i şərait yaradıb.
Ana bunu övladını atadan və ya atalıqdan qorumaq məqsədi ilə etməyib. Çünki onun özü də İlkini istəməyib. Hər halda 10 yaşlı uşağın dedıklərındən belə qənatə gəlmək olur.
Dəfələrlə psixoloji və fiziki zorakılığa məruz qalan İlkin yaşadıqları ünvanı dəqiqliklə söyləməkdə çətinlik çəkir. Özünün dediyinə görə ailədə tək uşaqdır.
Hazırda uşağın valideynlərinin axtarışları aparılır. 10 yaşlı İlkin isə sığınacaqdan ayrılmaq və yenidən valideynləri tərəfindən şiddətə məruz qalmaq istəmir.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










