Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.
Qeyd edək ki, müğənni Mətin Hüseynzadə (MadTeen) qəzadan son anda xilas olub. Avtosfer.az xəbər verir ki, ifaçı avtoyuma məntəqəsinin qarşısında olarkən anidən idarəetməni itirən avtomobil ərazidəki ağ rəngli maşına çırpılıb.
Musiqiçi qəzadan son anda xilas olsa da, avtomobilin arxasında dayanan gənc oğlan bədbəxt hadisədən qaça bilməyib.
Hadisəni törədən şəxsin taksi sürücüsü olduğu görünür.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










