Bakıda naməlum kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır - FOTO

Yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyli küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyidi aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “СЭР” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.
Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















