Bakıda nəqliyyatın istiqaməti dəyişdiriləcək

May ayının 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı nəqliyatın hərəkəti, avtomobillərin oyunların keçirildiyi məkanların ərazisinə giriş və çıxışı xüsusi icazə əsasında həyata keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətində oyunlarla bağlı keçirilən mətbuat konfransında bildirilib. Həmçinin, Oyunlar zamanı yarış məknalarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq olunacaq. Bu, həmin ərazilərdə yaşayan sakinlərin və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatlığı minimuma endirmək məqsədilə icra ediləcək. Tədbirdə bildirilib ki, IV İslam Həmrəylik Oyunları zamanı Nəqliyyatın Hərəkətinə Nəzarət Zonaları yaradılacaq. Bu zonalara xüsusi buraxılış vəsiqələri olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya daxil olmasına icazə verilməyəcək. Yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası/AZAL Arena, Tennis Akademiyası əraizisində sakinlərin və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, onların bu əraziyə girişini təmin etmək məqsədilə giriş-çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzaət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq, bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












