Bakıda nəqliyyatın sıxlığı kəskin azalıb - DYP

Keçən il Nazirlər Kabineti rayon qeydiyyatlı avto-nəqliyyat vasitələrinin günün müəyyən vaxtlarında paytaxta girişini qadağan etsə də, son vaxtlar bu qaydalara demək olar ki əməl edilmir. Avtosfer.az xəbər verir ki, Bakının hər iki girişində, Lökbatan və Masazır qəsəbələri yaxınlığında rayon qeydiyyatlı avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacaqlarda əsasən iri yük maşınlarına rast gəlmək olur ki, onlar da əsasən gecənin düşməsindən sonra şəhərə daxil olmağı gözləyənlərdir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmaması ilə bağlı qaydalar qüvvədə olsa da, hazırda paytaxtda nəqliyyatın sıxlığı aşağı olduğundan günün istənilən saatında onların şəhərə daxil olmasına maneə yaranmır: "Düzdür, məhdudiyyət qüvvədə qalır, amma paytaxt yollarında son vaxtlar elə bir sıxlıq müşahidə edilmir. Həm də əhali də başa düşür ki, lüzumsuz yerə rayondan paytaxta maşın sürməyə ehtiyac yoxdur. Hazırda əsasən rayonlardan Bakıya meyvə-tərəvəz gətirən avtomobillərin daxil olduğunu görürük və onlar da əsasən gecə saatlarında bazarlara daxil olurlar".
K.Əliyev əlavə edib ki, paytaxtda bir sıra dövlət tədbirləri, kütləvi yarışlar keçiriləndə mövcud qaydalara əsaslanaraq rayon qeydiyyatlı avtoimobillərin şəhərə daxil olmasına məhdudiyyət qoyulur: "Biz də əvvəlcədən sürücülərə müraciət edirik ki, tədbirlərin keçirildiyi vaxtda məhdudiyyət olacaq. Amma hazırda mövsümlə əlaqədar şəhərdə nəqliyyat vasitələrinin sıxlığı aşağıdır. Digər aylarda Bakıya hər gün 65 mindən çox avtomobil daxil olurdusa, indi bu rəqəm çox aşağıdır və əvvəlki kimi kütləvi axın yoxdur".
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










